
"Tottenhem"in argentinalı müdafiəçisi Kristian Romero bu yay iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sozial şəbəkə hesabları üzərindən jurnalist Qaston Edul yayıb.
Hələ mövsümün gedişində, London klubu elitadan düşmək təhlükəsi ilə üz-üzə qaldığı dönəmdə adı bir neçə İngiltərə təmsilçisi ilə yanaşı çəkilən Romeronun "Mançester Yunayted"ə satılmaq ehtimalının böyük olduğu bildirilib. Mənbə "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrikin 28 yaşlı cənubi amerikalının heyətə qatılmasını vacib saydığını vurğulayıb və MY-nin "Tottenhem"ə rəsmi təklif göndərməyə hazırlaşdığını bəyan edib.
Geridə qalan mövsümdə paytaxt komandasının sırlarında bütün turnirlərdə 32 matça çıxan dünya çempionu 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Tottenhem" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Kristianın transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.
Nihat