
London "Arsenal"ının baş məşqçisi Mikel Arteta klub rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə cəlb olunmasını xahiş edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Touchline" yayıb.
Məlumata görə, ispaniyalı mütəxəssis Madrid təmsilçisinin cinah hücumçusu Vinisius Juniorun "topçular"a qoşulmasını arzulayır.
Vinisius dünyanın ən bahalı futbolçularının siyahısında 4-cü yerdədir. "Transfermarkt" portalı onun transfer qiymətini 140 milyon avro məbləğində dəyərləndirir. Braziliyalı vingerin 2018-ci ildən formasını geyindiyi "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Geridə qalan mövsümdə "kral klubu"nun heyətində bütün turnirlərdə 53 matça çıxan "sambaçı" 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat