
"Mançester Yunayted" "Lids Yunayted"də keçirdiyi uğurlu mövsümdən sonra müqaviləsi başa çatan və azad agent statusu daşıyacaq qapıçı Karl Darlounu heyətinə qatmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
"Qırmızı şeytanlar" hazırda təcrübəli qolkiperlə rəsmi danışıqlara başlayıb.
Ötən mövsüm əsas heyətdə 22 Premyer Liqa oyununa çıxan Darlounun komandada Senne Lammensin ehtiyat variantı kimi çıxış edəcəyi gözlənilir.