
PSJ-nin qapıçısı Luka Şevalye karyerasını İstanbul nəhəngində etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Məlumata görə, sözügedən qolkiperin xidmətində "Beşiktaş" maraqlıdır. Mənbə "qara qartallar"ın 24 yaşlı futbolçu üçün Paris klubuna rəsmi təklif göndərməyə hazırlaşdığını, lakin fransalı oyunçunun daha iddialı kluba keçməyə üstünlük verdiyini bildirib.
Şevalyenin PSJ ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub. O, geridə qalan mövsümdə PSJ forması ilə 26 matça çıxıb.
Toğrul