
İngiltərənin "Mançester Yunayted" klubu hücum xəttini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirir.
Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliyanın "İnter" klubunun 20 yaşlı hücumçusu Pio Espozitonu heyətinə qatmaq istəyir.
Mançester təmsilçisinin skautları İtaliya millisinin Yunanıstana qarşı keçirdiyi yoldaşlıq görüşündə yeganə qolu vuran gənc forvardın oyununu yaxından izləyiblər.
Bu transferin reallaşması üçün klub rəhbərliyinin müəyyən məbləğlə yanaşı, niderlandlı hücumçu Coşua Zirkzeeni də "İnter"ə təklif edəcəyi iddia olunur.