
PSJ rəhbərliyinin komandanın vingeri Bredli Barkola ilə bağlı yekun qərarı bəllidir.
Fanat.Az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Fransa nəhəngi 23 yaşlı vingeri satmaq niyyətindədir.
Məlumata görə, müntəzəm oynamaq istəyən cinah hücumçusunun iş yerini dəyişmək ehtimalı yüksəkdir. Mənbə paytaxt təmsilçisinin onun satışından 100 milyon avrodan çox gəlir əldə etməyi hədəflədiyini vurğulayıb.
Barkola ilə İngiltərənin "Liverpul" və "Arsenal" klublarının maraqlandığı bildirilib.
Barkola geridə qalan mövsümdə 49 matça çıxaraq 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun parislilərlə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Toğrul