
Yeni mövsüm öncəsi orta sahədə böyük təmizlik və gücləndirmə işləri aparan "Mançester Yunayted" maliyyə imkanlarını səfərbər edib.
Fanat.Az "The Sun" qəzetinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" mərkəz xəttini eyni anda iki güclü yarımmüdafiəçi ilə gücləndirmək üçün 100 milyon funt-sterlinqdən çox büdcə ayırıb.
Rəhbərliyin transfer siyahısına saldığı əsas namizədlər isə Karlos Baleba ("Brayton"), Aleks Skott ("Bornmut") və Mateus Fernandesdir ("Vest Hem").
Klubun yaxın günlərdə bu adlar üçün rəsmi təkliflər irəli sürəcəyi bildirilir.