
ABŞ millisinin yarımüdafiəçisi Tayler Adams karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Məlumata görə, "Bornmut"un futbolçusunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın skautkarının 27 yaşlı oyunçunun performansını yüksək qiymətləndirdiklərini vurğulayıb.
Geridə qalan mövsümdə "Bornmut"un heyətində bütün turnirlərdə 26 matça çıxan Adams 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 25 milyon avro məbləğində dəyərləndirir.
Nihat