
Müdafiəçi Mark Kukurelyanı rənglərinə bağlayan "Real Madrid" növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniya nəhənginin rəsmi saytı yayıb.
Bir müddət öncə "Mançester Siti"dən ayrılan Bernardu Silva heyətə qatılıb. Portuqaliyalı yarımmüdafiəçi müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Daha öncə yerli mətbuat Silvanın "Real"da keçirəcəyi hər mövsüm üçün 20 milyon avro maaş alacağını açıqlamışdı.
Geridə qalan mövsümdə MS forması ilə bütün turnirlərdə 53 matça çıxan orta xətt oyunçusu 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Toğrul