
"Marsel"in ulduz hücumçusu Meyson Qrinvudun gələcək karyerası ilə bağlı iddialar dəqiqləşməyə başlayıb.
Fanat.Az xəbər verir ki, ingiltərəli futbolçu "Fənərbağça" və ya "Əl-Hilal"ın təklifləri yerinə İtaliyanın "Roma" klubuna qoşulmaq istəyir və hazırda İtaliya təmsilçisinin rəsmi addımını gözləyir.
"Corriere dello Sport" nəşrinin yazdığına görə, "Mançester Yunayted"in müqavilədəki 40%-lik sonrakı satış payı səbəbindən "Marsel" futbolçu üçün təxminən 55 milyon avro tələb edir.
"Roma" rəhbərliyi isə 45-50 milyon avro dəyərində rəsmi təklif hazırlayır. "Fənərbaxça"nın Qrinvuda illik 12 milyon avro maaş təklif etməsinə baxmayaraq, Türkiyə klubunun "Marsel"ə etdiyi 35 milyon avroluq rəsmi transfer təklifi rədd edilib.