
Milan "İnter"i 3 müdafiəçisi ilə əməkdaşlığa son qoyub.
Fanat.Az A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Stefan de Vrey, Françesko Açerbi və Matteo Darmiandır.
Sözügedən futbolçuların müddəti başa çatan müqavilələri yenilənməyib.
34 yaşlı de Vrey 2018, 36 yaşlı Darmian isə 2021, 38 yaşlı Açerbi isə 2023-cü ildən milanlıların uğurları üçün çalışırdı.
Xatırladaq ki, "İnter" bu gün İsveçrə millisinin 37 yaşlı sabiq qapıçısı Yan Zommerlə də vidalaşdığını bəyan edib.
Toğrul