
İspaniyanın gənc futbolçulardan ibarət millisinin hücumçusu Elizzer Mayenda karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, son mövsümü "Sanderlend"də (İngiltərə) keçirən ön xətt oyunçusu "Renn" ilə müqavilə bağlayıb.
Məlumatı Liqa 1 təmsilçisinin mətbuat xidməti yayıb. Mayendanın müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan sazişə imza atdığı bildirilib.
Elizzer daha öncə "Soşo" və "Hibernian"ın da formasını geyinib. Ötən mövsüm "Sanderlend"in heyətində 24 rəsmi matça çıxan forvard 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 16 milyon avro məbləğində dəyərləndirir.
Toğrul