
FIFA-nın İntizam Komitəsi ABŞ yığmasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırıb və ona dünya çempionatının 1/8 finalının Belçikaya qarşı oynamağa icazə verib.
Fanat.Az-ın məlumatına görə, məlumatı ali futbol qurumunu rəsmi saytı yayıb.
Sözügedən futbolçu Bosniya və Herseqovina yığması ilə 1/16 final matçında (2:0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə qırmızı vərəqə alıb. Hazırkı qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi.
Lakin FİFA İntizam Məcəlləsinin 27-ci maddəsini əsas gətirərək bir oyunluq diskvalifikasiyanı bir illik sınaq müddəti ilə əvəzləyib.
Toğrul