
"Fənərbağça"nın ulduz futbolçusu Kerem Aktürkoğluna rəsmi transfer təklifi gəlib.
Fanat.Az insayder Ertan Süzgünə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu türkiyəli vinger üçün "Fənərbağça"ya 30+5 milyon avro dəyərində rəsmi təklif göndərib.
Lakin İstanbul təmsilçisi bu rəqəmlə razılaşmaq niyyətində deyil.
Məlumata görə, "Fənərbağça" rəhbərliyi Keremin transferindən 40-45 milyon avro civarında bir gəlir əldə etməyi hədəfləyir.