
"Çelsi"nin heyətində ciddi kadr islahatları gözlənilir.
Fanat.Az beynəlxalq media nəhəngi "BBC Sport"a istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso argentinalı ulduz Alehandro Qarnaçonu gələn mövsümün planlarında və komandanın heyətində düşünmədiyini rəhbərliyə bildirib.
Bu qərardan sonra hərəkətə keçən London klubu, argentinalı hücumçunun transferi üçün qapını açıb.
Klub rəhbərliyi gənc oyunçunu 50 milyon avro rəsmi təklif gətirən komandaya satmağa hazır olduğunu bəyan edib.