
"Real Madrid"in ulduzu Cud Bellingemin gələcəyi ilə bağlı gözlənilməz iddialar ortaya çıxıb.
Fanat.Az insayder Pepe Alvarezə istinadən xəbər verir ki, futbolçunun atası Mark Bellingem bəzi fikir ayrılıqlarına görə ötən mövsümün sonunda klub rəhbərliyi ilə görüşərək oğlunun ayrıla biləcəyini müzakirə edib.
Lakin İspaniya nəhənginin rəhbərliyi bu təklifi dərhal rədd edərək futbolçunun satılıq olmadığını qətiyyətlə bildirib.
"Kral Klubu" gənc ingilis ulduzu komandanın əsas sütunlarından biri hesab edir.