
"Mançester Siti"nin braziliyalı vingeri Savinyo komandadakı gələcəyi ilə bağlı qəti qərarını verib.
Fanat.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, gənc futbolçu daha çox oyun şansı almaq üçün bu yay komandadan ayrılmaq istədiyini rəhbərliyə çatdırıb.
Öz inkişafı üçün mütəmadi olaraq heyətdə yer almaq istəyən hücumçunun bu qərarı İngiltərə klublarının diqqətini çəkib.
"Tottenhem"in braziliyalı futbolçunu heyətinə qatmaq üçün artıq ciddi addımlar atdığı qeyd olunur.