
"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior komandada ən çox qazanan futbolçulardan biridir.
Fanat.Az "AS" nəşrinə istinadən xəbər verir ki, oyunçunun sponsorluq müqavilələrindən əldə etdiyi gəlir onun həftəlik 400 min funt-sterlinqlik məvacibini tam şəkildə qarşılayır.
"Kral Klubu" futbolçunun imic hüquqlarının 50 faizinə sahibdir və "Nike", "Pepsi", "Prada", "Lego" kimi nəhəng brendlərlə razılaşmalardan böyük mənfəət əldə edir.
Bu kommersiya modeli Vinisiusun klub üçün maliyyə yükünü sıfıra endirir.