
“Fulhem”lə “Real Madrid” arasında son transferlərin arxasında uzunmüddətli əməkdaşlığın olduğu iddia edilir.
Fanat.Az “Mail Sport”a istinadən xəbər verir ki, “Fulhem”in sahibi Şahid Xan ilə “Real Madrid”in prezidenti Florentino Peres arasında işgüzar əlaqələr mövcuddur.
London klubu yaxın vaxtlarda Madrid təmsilçisinin yetirmələri Qonsalo Qarsiya və Sezar Palasiosu transfer edib, müqavilələrə isə geri alma və növbəti satışdan faiz bəndləri daxil edilib.
Bundan başqa, “Fulhem”in baş məşqçisi Alvaro Arbeloanın da Peresin tövsiyəsi ilə təyin olunduğu bildirilir.