
PSJ heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Paris təmsilçisi “Ayaks”dan Mika Qodtsu transfer edib.
21 yaşlı vinger 5 illik müqaviləyə imza atıb.
Tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumata görə, PSJ belçikalı futbolçu üçün 45 milyon avro ödəyəcək.
Qeyd edək ki, Qodts ötən mövsüm “Ayaks”da 44 matça çıxaraq 17 qol vurub.