
"Mançester Siti"nin Entso Fernandes sevdası getdikcə baha başa gəlir.
Fanat.Az xəbər verir ki, "Mançester Siti" "Çelsi"nin 120 milyon funt-sterlinqlik son rəsmi müraciət vaxtını qaçırıb.
Transfer pəncərəsinin bağlanmasına az vaxt qaldığı və "Çelsi"nin əvəzləyici tapmaq imkanı məhdudlaşdığı üçün London klubu artıq 120 milyon funtdan (£120M+) daha yüksək məbləğ və ya daha ağır şərtlər tələb edir.
Danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir.