
Xulian Alvares transferində maneələrlə qarşılaşan "Barselona" diqqətini yenidən Markus Reşforda yönəldib.
Fanat.Az "TEAMtalk" portalına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ingilis hücumçunun nümayəndələri ilə əlaqəni kəsməyib.
Reşford "Barselona"ya qayıtmağa müsbət yanaşsa da, "Mançester Yunayted" futbolçunu yenidən icarəyə verməyə tərəddüd edir.
Əgər Alvares keçidi baş tutmasa, "Barsa" Reşford üçün rəsmi addım atacaq.