
İspaniya La Liqasının iddialı təmsilçisi "Barselona" futbol ictimaiyyətinin maraqla gözlədiyi transferi rəsmən açıqlayıb. Kataloniya klubu "Mançester Siti"nin 30 yaşlı ispaniyalı mərkəz yarımmüdafiəçisi Rodrini heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, "Barselona" təcrübəli futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb. Məlumata görə, "Barsa" bu keçid üçün "şəhərlilər"ə 65.4 milyon funt-sterlinq bonservis bədəli ödəyib.
Ulduz yarımmüdafiəçi ötən mövsüm "Mançester Siti"nin heyətində çıxış etdiyi 33 rəsmi matçda 2 qolla yadda qalıb.
Bundan əlavə, təcrübeli oyunçu İspaniya milli komandasının heyətində 2026-cı il Dünya Çempionatında zəfər qazanaraq dünya çempionu adını da qazanıb.