
"Bayern Münhen"in yarımmüdafiəçisi Uizdom Mayk Belçikanın "Brügge" klubuna transfer olunub.
Fanat.Az xəbər verir ki, məlumatı Almaniya nəhənginin rəsmi saytı yayıb.
17 yaşlı vinger 2022-ci ilin yayında Münhenqladbax "Borussiya"sının akademiyasından "Bayern"ə keçmişdi.
Mayk 2025/2026 mövsümündə Almaniya Bundesliqasında 4, Çempionlar Liqasında isə 1 matça çıxıb. "Transfermarkt" portalı onun transfer qiymətini 5 milyon avro məbləğində dəyərləndirir.
Toğrul