
"Fənərbağça" Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə cəlb etmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "HT Spor" yayıb.
Məlumata görə, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə razılaşıb. Arxa xətt oyunçusunun yaxın vaxtlarda Türkiyəyə uçaraq rəsmi müqaviləyə imza atacağı vurğulanıb.
Koco Pepra Opponq 2025-ci ildən "Nitsa"nın uğurları üçün çalışır.
Toğrul