
"Arsenal"ın baş məşqçisi Mikel Arteta yeni mövsümə uğursuz başlayan "Aston Villa"nın baş məşqçisi Unai Emerini dəstəkləyib.
Fanat.Az xəbər verir ki, 2-ci turda məhz Birmingem komandası ilə səfərdə qarşılaşacaq "topçular"ın çalışdırıcısı klubun rəsmi saytına danışıb:
"O, liqanın ən təcrübəli, şübhəsiz, ən uğurlu məşqçilərindən biridir. "Villa"nın ötən il etdikləri, mövsümü necə başa vurması inanılmaz idi. Yalnız bir oyunda uduzublar... Amma əminəm ki, Emeri hər şeyi düzəldəcək".
Xatırladaq ki, 1-ci turda "Arsenal" "Koventri"ni 3 cavabsız qolla üstələyib. "Aston Villa" isə "Brayton" önündə aciz qalıb - 0:4.
Nihat