
İtaliyanın "Milan" klubunun portuqaliyalı ulduzu Rafael Leau karyerasında gözlənilməz addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, 25 yaşlı vinger "Aston Villa"nın baş məşqçisi Unai Emeri ilə özəl danışıqlar apardıqdan sonra Birmingem təmsilçisinə keçməyi ciddi şəkildə nəzərdən keçirir.
İspan mütəxəssis Leauya komandadakı rolunu və taktik planlarını şəxsən izah edib. "Aston Villa" futbolçuya illik 8 milyon avro maaş təklif edib və Leaunun son qərarını 24 saat ərzində verəcəyi gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" vingerə daha yüksək məbləğdə əməkhaqqı təklif etsə də, futbolçu Premyer Liqa variantına daha müsbət yanaşır.