
“Arsenal” yay transfer pəncərəsində Viktor Osimheni “Qalatasaray”dan transfer etmək istəyib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb. London klubunun nigeriyalı hücumçunun keçidi ilə bağlı “Qalatasaray”la təmasda olduğu bildirilib.
Lakin Osimhenin yüksək maaş tələbi transferin qarşısındakı əsas maneələrdən biri olub. Bundan başqa, 27 yaşlı futbolçunun karyerasını Türkiyədə davam etdirmək istəyi də keçidin reallaşmasına imkan verməyib.
Qeyd edək ki, Osimhen 2025/26 mövsümündə “Qalatasaray”ın heyətində 33 oyunda 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.