
Dortmund "Borussiya"sının futbolçusu Konstantinos Karetsas xəstəxanaya yerləşdirilib.
Fanat.Az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi İspaniyanın "Vilyarreal" komandasına 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun oyunundan sonra xəstəxanaya aparılıb.
Sözügedən matçın ilk hissəsində özünü pis hiss edən 18 yaşlı gənc yerə uzanıb. Yunan futbolçu tibbi yardım göstərildikdən sonra əvəzlənib. Onun qan dövranı ilə bağlı probemlə üzləşdiyi bildirilib.
Xatırladaq ki, "arılar" 18 yaşlı Karetsası ötən ay "Genk"dən transfer ediblər.
Toğrul