
İspaniyanın "Real Madrid" klubu ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqemlə uzunmüddətli yeni müqavilə imzalamaq üçün danışıqlara start verib.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı ulduz futbolçunun gələcəyini 2032-ci ilə qədər kluba bağlamaq niyyətindədir.
Rəhbərlik ingilis yarımmüdafiəçini komandanın uzunmüddətli layihəsinin əsas sütunlarından biri kimi görür.
Danışıqların müsbət məcrada davam etdiyi və yaxın vaxtlarda rəsmi anlaşmanın əldə olunacağı gözlənilir.