
"Barselona" "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresə yanvar transfer pəncərəsində onun üçün yenidən təklif göndərəcəyini bildirib.
Fanat.Az xəbər verir ki, yayda "Arsenal"ın dəvətini rədd edən argentinalı ulduz yalnız Kataloniya klubunda oynamaqda kararlıdır.
"Barselona" rəhbərliyi bu keçidi maliyyələşdirmək üçün Alexandro Baldeni satmaq seçiminə baxacaq.
Eyni zamanda Frenki de Yonqun da yanvar ayında komandadan gedişinə razılıq verilə biləcəyi istisna olunmur.