
"İnter"in idman direktoru Dario Baççin azarkeşlərə Hakan Çalhanoğlu və Federiko Dimarko ilə yeni müqavilə danışıqlarının davam etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, klub rəsmisi hər iki futbolçunun komandada qalmaq istədiyini bildirib: "Fikirlərimiz aydındır və futbolçular da burada xoşbəxtdir.
Tələsməyə ehtiyac yoxdur, hər iki tərəf əməkdaşlığı davam etdirmək niyyətindədir.
Son 10 ildə böyük işlər görülüb və biz bu heyəti zirvədə saxlamaq istəyirik".