15:06 15.09.2026 188

"Komandaların çoxunda müdafiədəki boşluqlar aşkar görünür" - Qəzənfər Abbasov

2-ci Liqanın ilk üçüncü turu başa çatdı.

Ötən mövsüm "Qaradağ Lökbatan"ın baş məşqçisi qismində bu çempionatda iştirak etmiş Qəzənfər Abbasovla əlaqə saxlayıb komandaların performansı ilə bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Turnirin 3-cü turunda ümumilikdə 31 qol qeydə alındı. Bir turda bu qədər qolun vurulması şübhəsiz ki, azarkeşlər üçün çox maraqlı göstəricidir. Lakin İkinci Liqada mübarizə aparan komandaların əksəriyyətinin bu qədər çox qol buraxması məşqçilər və klub rəhbərlikləri üçün müdafiə xəttindəki ciddi problemlərdən xəbər verir. "Zəngəzur" – "Marafon" matçı açıq mübarizə və səhvlərlə zəngin, bol qollu bir qarşılaşma oldu. "Marafon" səfərdə hücum potensialından maksimum yararlanaraq vacib 3 xal qazandı. Bununla belə, hər iki komandanın müdafiədəki boşluqları göz önündədir. "Zəngəzur" 4, "Marafon" isə minimum 2 qol buraxıb. Hücum xətləri  hər oyunda yaxşıdır, lakin qol buraxmaq müdafiə balansı baxımından ciddi siqnaldır. "Ağstafa Gəncləri" "Dinamo" üzərində 3:1 hesablı qələbə qazandı. Heyətində təcrübəli futbolçuları olan bu komanda yalnız ilk "altılıq"da deyil, hətta ilk "dördlük"də mübarizə apara biləcək potensiala malikdir. "Şəki" – "Qaradağ Lökbatan" matçına gəlincə, gözlənildiyi kimi, məhsuldar görüş izlədik və oyun "Qaradağ Lökbatan"ın böyük hesablı qələbəsi ilə başa çatdı. "Şəki" həm heyət, həm də ümumi baxımdan iddialı rəqiblərindən geri qalır. Digər oyun isə "Şirvan"la "Hypers" arasında keçirildi. Turun ən gərgin matçlarından biri oldu. "Şirvan" minimal üstünlüyünü sonadək qoruyaraq taktiki baxımdan çox dəyərli qələbə qazandı. Artıq turnir cədvəlinin zirvəsində yer alan və əsas rəqiblərinə qalib gələn "Şirvan" mövsümün ən iddialı komandalarından biridir. Mövsümün əvvəlində favorit kimi başqa klublar göstərilsə də, "Şirvan" həm oyunu, həm də son transferləri ilə təqdirəlayiq futbol nümayiş etdirir. "Şəmkir" – "Kür-Araz" görüşü çempionatın derbi xarakterli, həmçinin ən gərgin mübarizələrindən biri qismində yadda qaldı və 6 qollu bərabərliklə yekunlaşdı. Hər iki komanda qələbəyə layiq oyun göstərsə də, müdafiəçilərin fərdi səhvləri nəticəyə birbaşa təsir etdi. Müdafiəçilər bir qədər diqqətli olsa idi, tərəflərdən biri 3 xal qazana bilərdi. Ümumilikdə dramatik görüş oldu. "Difai" – "Ağdaş" qarşılaşması ikincilərin minimal hesablı qələbəsi ilə yekunlaşdı. Birinci Liqadan düşən "Difai" heyətini kifayət qədər gücləndirmədiyi üçün hələ də istənilən nəticələri qazana bilmir. Ümumilikdə tur hücum futbolunu sevənlər üçün baxımlı alındı. Lakin komandaların çoxunda müdafiədəki boşluqlar aşkar görünür. Məşqçilər korpusu təlim-məşq prosesində bu çatışmazlıqları nəzərə almalı, hücum və müdafiə arasındakı balansı bərpa etməlidirlər".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Sentyabr 2026
16:03

Aslan Kərimov İngiltərə Premyer Liqasının məşqçiləri ilə eyni tədbirdə

15:44

Hakimlər Komitəsi Tural Qurbanova hamıdan çox güvənir - Hakimliyin mənzərəsi

15:25

"Digərləri "Qarabağ" və "Sabah" qədər stabil oyun nümayiş etdirə bilmirlər" - Aslan Kərimov

15:06

"Komandaların çoxunda müdafiədəki boşluqlar aşkar görünür" - Qəzənfər Abbasov

14:47

"Gəncəbasar"ın baş məşqçisi: "Mingəçevirdən yaxşı nəticə ilə qayıtmaq istəyirik"

14:29

"Zaqatala"nın baş məşqçisi: "Ümid edirəm ki, ağır səfər matçında istədiyimiz nəticəni əldə edə biləcəyik"

14:11

“Araz-Naxçıvan”ı yenidən Azərbaycan millisinin bazasına çevirəcəyik”

13:53

"Bu uşaqlarla çox belə oyunlar çevirmişik" - Cavadov dramatik matçdakı geridönüşü şərh etdi

13:35

"Zirə"nin oyunçusu "Karvan-Yevlax"a transfer olundu

13:16

AFFA "Kəpəz"i cərimələdi

12:59

"Baku Sportinq" üçün təəssüf hissi keçirirəm" - Röyal Nəcəfov

12:40

Derbidəki VAR hakimi ilə bağlı ölçü götürüldü

12:21

"Sabah"dan möhtəşəm start

12:04

Məhsuldar ötürmə müəlliflərinin mübarizəsində üçhakimiyyətlik yarandı - STATİSTİKA

11:48

"Araz-Naxçıvan" 150-yə çatdı

11:32

"Neftçi" və Brenodan rekord göstərici

11:17

"Salahın keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb" - Fatih Terim

10:58

Koutinyonun yeni klubu məlum oldu

10:39

Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatıldılar

10:20

Salah karyerasını Yunanıstanda davam etdirəcək

10:01

Qvardiola "Trabzonspor"a "yaşıl işıq" yandırdı

09:43

"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

09:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Bunu hər kəs gördü" - İsmayıl Kartal

02:51

La Liqa: "Real Betis" səfərdən 3 xalla dönür

02:04

Premyer Liqa: "Lids" darmadağına sevindi

01:47

Super Liqa: "Fənərbağça" səfərdə xal itirdi

01:17

"Barselona"nın gənc ulduzu üçün 140 milyon avro ödəyəcəklər?

00:54

A Seriyası: "İnter"dən inamlı qələbə

14 Sentyabr 2026
23:58

"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

23:13

"Liverpul" ulduzunu satmır

22:32

"Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib" - Zaur Həşimov

22:14

Valdas Dambrauskas "Şəfa" üzərində qələbəni belə şərh etdi

21:25

"Neftçi" Elvin Camalovla yollarını ayırdı

21:12

"Trabzonspor"da yeni baş məşqçi axtarışı

20:53

MPL: "Sabah" darmadağına sevindi

20:11

"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə üçün hərəkətə keçir

19:48

"Fənərbağça" Mert Müldürlə müqaviləni yeniləyir

19:11

Marselo Brozoviç "Əl-Sədd"ə transfer olundu

18:40

Super Liqa tarixində Okan Buruk kimisi olmamışdı

Facebookdan bizi izləməyi unutmayın.
X