
Kataloniya "Barselona"sının braziliyalı vingeri Rafinya klub tarixinə düşən göstəriciyə imza atıb.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu 2025/26 mövsümünün ilk 7 matçında rəqib torlarına tam 11 qol vurmağı bacarıb.
Bu göstərici ilə o, 2012/13 mövsümünün ilk 7 oyununda 10 qol vuran Lionel Messinin rekordunu geridə qoyub.
Həmin tarixi mövsümü ümumilikdə 60 qolla tamamlayan Messinin rekorunun təzələnməsi azarkeşlər arasında böyük maraq yaradıb.