
İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın gənc ulduzu Fermin Lopez üçün böyük bir məbləği gözə alıb.
Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" kataloniyalıların yarımmüdafiəçisi üçün tələb olunan 119 milyon funt-sterlinqlik (təxminən 140 milyon avro) qiyməti ödəməyə razıdır.
İngilislər ispan yarımmüdafiəçini komandanın kapitanı Brunu Fernandeşin uzunmüddətli əvəzləyicisi və gələcək lideri olaraq görür.
"Barselona"nın maliyyə vəziyyətini nəzərə alsaq, bu təklifin transfer danışıqlarında həlledici rol oynayacağı gözlənilir.