
İspaniyanın "Real Madrid" klubu "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allisterin vəziyyətini diqqətlə izləyir.
Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçunun "Liverpul"dakı müqavilə qeyri-müəyyənliyi madridlilərin marağını artırıb.
Mak Allisterin müqaviləsi 2028-ci ilə qədər olsa da, Mersisayd təmsilçisi sözləşmənin uzadılmasını prioritet hesab etmir.
"Real Madrid" bu fürsətdən yararlanaraq danışıqlara yenidən başlaya bilər.