
"Arsenal" və "Liverpul" "Brentford"un vingeri Kevin Şadeyə ciddi maraq göstərir.
Fanat.Az xəbər verir ki, hər iki klub mövsümə uğurlu başlayan Almaniya millisinin üzvünü transfer etmək istəyir.
Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Digər tərəfdən, "Brentford" müqaviləsinin bitməsinə iki il qalmış futbolçuya yeni uzunmüddətli sözləşmə təklif etmək üçün danışıqlara başlayıb.