
"Mançester Siti" ilə bağlı qərardan sonra "Etihad Airways" Premyer Liqaya qarşı hüquqi müstəvidə addımlar atmağa hazırlaşır.
Fanat.Az "The Lawyer" nəşrinə istinadən xəbər verir ki, aviaşirkət bu məqsədlə dünyanın ən güclü hüquq firmalarından biri olan "Quinn Emanuel" ilə əməkdaşlığa başlayıb.
Sözügedən hüquq bürosunun üst-üstə beşinci il dünyanın "ən çox qorxulan" vəkillik şirkəti seçildiyi bildirilir.
Hətta bu qurumun keçmişdə cəmi bir həftə ərzində yeddi müxtəlif məhkəmə və arbitraj qələbəsi qazandığı diqqətə çatdırılır. "Etihad" rəsmiləri öz kommersiya maraqlarını qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəklərini bəyan ediblər.
Məlumat üçün bildirək ki, "Mançester Siti" "Ədalətli Oyun" qaydalarını 115 müxtəlif bənd üzrə pozmaqda ittiham olunur və kluba Premyer Liqadan aşağı liqaya düşürülmə də daxil olmaqla çox ağır sanksiyalar tətbiq edilə bilər.