
"Barselona" komandanın əsas heyət üzvü olan üç futbolçusu ilə uzunmüddətli yeni müqavilə imzalamağa hazırlaşır.
Fanat.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Rafinya, Xavi Espart və Mark Bernalın gələcəyini təmin etmək üçün fəal danışıqlar aparır.
Klub rəhbərliyi komandanın əsas sütunlarını heyətdə saxlamaqla gələcək uğurların təməlini qoymağı hədəfləyir.
Gənc istedadlar Bernal və Espart ilə yanaşı, braziliyalı vinger Rafinyanın da uzunmüddətli layihənin vacib hissəsi olduğu bildirilir. Yaxın günlərdə hər üç futbolçu ilə yeni sözləşmələrin rəsmən elan ediləcəyi gözlənilir.