Çempionlar Liqasının qrup mərhələsinin daha bir iştirakçısını cəzaya məruz qalıb. Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, "Anderlext" 7 min avro məbləğində cərimələnib. Buna Çempionlar Liqasının qrup mərhələsinin "Bavariya"ya qarşı matçda klubun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol