Xorvatiya millisi pley-off mərhələləri tarixinin ən uğurlu komandasıdı.
Fanat.Az xəbər verir ki, dünən ilk oyunda 4:1 hesabıyla yendiyi Yunanıstanla səfərdə qolsuz bərabərliyə razılaşan "damalılar” DÇ-2018-ə vəsiqəni rəsmiləşdirib.
Daha əvvəl 4 dəfə pley-off görən şərqi avropalılar DÇ-1998, AÇ-2004, AÇ-2012 və DÇ-2014-ə də bu mərhələdə uğur qazanaraq yollanıb. Balkanlılar DÇ-yə 3 dəfə pley-off vasitəsilə yüksələn ilk Avropa təmsilçisi kimi tarixə düşüb. Maraqlıdır ki, son iki mundiala pley-offdan vəsiqə qazanan Yunanıstan yığması da Xorvatiyanın önünə çıxana qədər bu raundda uduzmamışdı.
Fanat.Az