"Barselona” mərkəz müdafiəçisi axtarır. Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Ernesto Valverde klub rəhbərliyi ilə görüşüb və arxa xətdə ciddi problem gördüyünü açıqlayıb.
Kataloniya təmsilçisinin klubunda müntəzəm oynayan, təcrübəli müdafiəçiylə güclənmək istədiyi bəlli olsa da, namizədlərin kimliyi haqda məlumat yoxdu. Valverde transferin yanvarda reallaşmasında israrlıdı.
Fanat.Az