DÇ-2018-in daha bir iştirakçısının adı məlum olub. Fanat.Az xəbər verir ki, pley-offun cavab matçında İtaliya İsveçi qəbul edib.
Birinci oyunda minimal hesablı zəfərə sevinən İsveç qonaq qismində qapısını toxunulmaz saxlayıb - 0:0. Bu nəticə Rusiyaya vəsiqənin reallaşmasına bəs edib. Appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Dördqat dünya çempionları sonuncu dəfə 1958-ci ildə eyni aqibətlə üzləşmişdi.
İtaliya indiyədək dünya çempionu olmuş yeganə komandadır ki, Rusiyada gözə dəyməyəcək.
Fanat.Az