İtaliya – İsveç oyununun (0:0) ardından kameralar qarşısında ağlayaraq milli karyerasını bitirdiyini açıqlayan Canluici Buffonun duyğusal davranışına həmkarı İker Kasilyasıdan reaksiya gəlib.
Fanat.Az xəbər verir ki, "Portu”nun qolkiperi DÇ-2018-in pley-offunda İsveç "səddinə ilişən” (0:1, 0:0) appeninlilərin qapıçısı haqda tvitter hesabından isti sözlər yazıb: "Təəssüf ki, belə şeyləri də görməli oluruq. Sən həmişə ürəklərdə əfsanə kimi qalacaqsan. Sənə qarşı dəfələrlə oynadığım üçün qürur duyuram. Ümid edirəm ki, bizi hələ çox sevindirəcəksən, amiqo”.
Fanat.Az