Rusiyaya vəsiqə uğrunda pley-offda İsveçə boyun əyən (0:1,0:0 ) və mundialdan kənarda qalan İtaliya yığmasında bir neçə futbolçu milli karyerasına son qoymağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bunu kameralar qarşısında ağlaya-ağlaya millidən getdiyini bildirən Canluici Buffon deyib: "Millini arzulayan bütün italiyalı uşaqlardan üzr istəyirəm. Amma düşünürəm ki, Kyellini, Bartsalli və De Rossi də yığmadan gedəcək”.
Buffonun açıqlamasının ardından İtaliya mətbuatı adı çəkilən futbolçuların öz aralarında danışdıqlarını və yığma karyerasına son qoymaq qərarına gəldiklərini üzə çıxarıb.
Fanat.Az