UEFA, federasiya nümayəndələri və oyunçu təşkilatları koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyəti təhlil ediblər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, video-konfransda avrokubokların final matçlarının iyun ayının son həftəsində keçirilməsi qərara alınıb.
Avropa çempionatı 2021-ci ilə təxirə salındığından, iyun ayının təqvimində boşluq yaranıb. Avropa Liqasının finalının 24 iyun, Çempionlar Liqasının həlledici oyununun isə 27 iyunda keçirilməsi planlaşdırılıb.
Aprelin ortalarında avrokuboklarda mübarizənin bərpa olunacağı bildirilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol