UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, 1/4 final və yarımfinal cütləri ilə yanaşı, final matçının nominal ev sahibi müəyyənləşib.
Püşkün nəticələri:
1/4 final (10-11 avqust)
1. "Volfsburq"/"Şaxtyor" - "Ayntraxt"/"Bazel"
2. LASK/"Mançester Yunayted" - "Başakşəhər"/"Kopenhagen"
3. "İnter"/"Xetafe" - "Reyncers"/"Bayer"
4. "Olimpiakos"/"Vulverhempton" - "Sevilya"/"Roma"
Yarımfinal (16-17 avqust)
1. 4-cü 1/4 final cütünün qalibi - 2-ci 1/4 final cütünün qalibi
2. 3-cü 1/4 final cütünün qalibi - 1-ci 1/4 final cütünün qalibi
Final (21 avqust)
1-ci yarımfinal cütünün qalibi - 2-ci yarımfinal cütünün qalibi
1/8 finalın "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütlərində ilk, digər 6 cütdə ("Başakşəhər" - "Kopenhagen", "Olimpiakos" - "Vulverhempton", "Reyncers" - "Bayer", "Volfsburq" - "Şaxtyor", "Ayntraxt" - "Bazel", LASK - "Mançester Yunayted") isə cavab görüşləri keçirilməyib. Sözügedən oyunlar 5-6 avqust tarixlərinə təyin olunub. İlk iki cütdə mərhələ adlayan tərəf bir matç üzərindən müəyyənləşəcək.
Qeyd edək ki, 1/4 finaldan etibarən Avropa Liqasının qarşılaşmaları tək oyun formatı ilə Almaniyada keçiriləcək. Matçlara "Köln" stadionu, "MSV Arena", "Düsseldorf Arena" və "Şalke Arena" ev sahibliyi edəcəklər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol