"Milan"ın qocalmaq bilməyən ulduzu Zlatan İbrahimoviç Həbib Nurməhəmmədovun Castin Qetji üzərində qələbəsinə reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, İbra özünün "Instagram" hesabında dağıstanlı çempionun şəklini paylaşıb. Onu çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı döyüşçü adlandıran forvard "Ürəyinin səsini dinlə" yazıb.
Xatırladaq ki, Həbib oktyabrın 24-də (Əbu-Dabidəki "Döyüşçü adası"nda) Qetjini ikinci raundda ağrıdıcı fəndlə təslim edərək çempion titulunu qoruyub və qarşılaşmanın ardından peşəkar karyerasına son qoyduğunu açıqlayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol