Para-taekvandoçu Aynur Məmmədova Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Fanat.Az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız buna Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında ispaniyalı rəqibini məğlub edərək nail olub.
O, həm qızıl medala sahib çıxıb, həm də Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.
Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 10 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvando – 1).
Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.
Fanat.Az