Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov 2021-ci ildə "Qızıl top"a layiq saydığı futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, dağıstanlı döyüşçünün söylədikləri "Instagram"da yerləşdirilib:
"İl başa çatmasa da, məncə, "Qızıl top" Fransa yığmasının və "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kanteyə verilməlidir. Onun oynadığı komandalarda hansı işi gördüyü göz qabağındadır".
Qeyd edək ki, Fransa millisini hazırda davam edən Avropa çempionatının 1/8 final mərhələsində İsveçrə mübarizədən kənarlaşdırıb. Kanteli "Çelsi" isə son Çempionlar Liqasının qalibi olub.
Atilla